Rusiyalı pop diva Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin İsraildə kameralara tuş gəliblər.
Puqaçova Rusiyaya nə zaman qayıdacağı barədə jurnalistin sualını cavablandırıb.
O bildirilib ki, tətil bitdikdən sonra, sentyabrın 1-də Rusiyaya qayıdacaqlar.
“Sentyabrın 1-də uşaqlar məktəbə getməlidir. İndi onlar dərsi onlayn keçirlər”, – deyə 73 yaşlı ifaçı bildirib.
Qalkin isə suallara nəzakətlə susmaqla cavab verib.
Xatırladaq ki, məşhurlar Rusiyanın Ukraynaya hücuma başlamasından sonra uşaqları ilə Rusiyanı tərk edərək İsrailə gediblər.
Mənbə: StarHit
www.RIA24.az