Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərində minik avtomobilinin yük yerində sursat partlayıb. Hadisə nəticəsində iki nəfər yaralanıb.
Bildirilir ki, zərərçəkənlərdən biri elə maşının sahibi olub. O, Ukraynanın işğal altında olan Donbas vilayətinə humanitar məqsədli səfərləri müşayiət edirmiş. Ehtimal ki, tank əleyhinə qumbaraatanı və sursatı da oradan qənimət kimi götürüb. Mayın 17-də o, tanışı ilə avtomobilin yük yerini açıb, bu an detonasiya səbəbindən partlayış baş verib.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, yaxınlıqdakı binalarda yaşayanlar isə təxliyə ediliblər.
Polis hadisənin başvermə şəraitini araşdırır.
Mənbə: Lenta.ru
www.RIA24.az