Moldova prezidenti Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edib

Dünya

Dnestryanı bölgədə rusiya qoşunlarının olması Moldovanın neytral statusuna ziddir.

Bunu Moldova prezidenti Mayya Sandu bəyan edib.

“Konstitusiyaya görə, Moldova neytral ölkədir və bunu vətəndaşları da dəstəkləyir. Lakin Rusiya hərbçilərinin Dnestryanı bölgədə olması neytrallığı və müstəqilliyimizi pozur. Ona görə də biz Rusiya hərbçilərinin ölkəmizin ərazisindən çıxarılmasını tələb edirik”, – deyə o, Avropa parlamentində keçirilən plenar iclasda bildirib.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir