Türkiyənin Amasya bölgəsinin yüksək əraziləri may ayında bəyaza bürünüb.
Qar bölgədə gözəl görüntülər yaradıb.
Taşova rayonunun Boraboy kəndinin aşağı yaylasında yaşayanlar günə qar yağışı ilə başlayıb.
Səhər saatlarından başlayan qar axşama kimi davam edib.
Havaların isinəcəyini gözləyən insanlar qarı gördükdə təəccüblərini gizlədə bilməyiblər.
Mənbə:TRT Haber
www.RIA24.az