Maşının altına düşən uşaq sağ qalıb – VİDEO

Dünya

İstanbulda yoldaşları ilə küçədə oynamaq üçün yolu keçmək istəyən balaca uşağın üstündən avtomobil keçib. Xoşbəxtlikdən, uşaq xəsarət almadan xilas olub.

Hadisə Mövlana rayonunda baş verib. Avtomobilin sürücüsü uşağı görməyib və hərəkətinə davam edib. Uşaq isə gözlənilmədən avtomobilin altına girib. Sonra isə sağ-salamat ayağa qalxaraq digər uşaqların yanına gedib.

Baş verənlərdən təəccüblənən uşağın yaxınları qaçaraq onun yanına gəliblər. Xəsarət alıb-almadığını yoxladıqdan sonra qucaqlarına alaraq evə aparıblar.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir