Səhiyyə sistemində aylardır davam edən fərziyyə və mübahisələrdən sonra ABŞ-lı araşdırma qrupu “Kovid-19” un havada qaldığını və mövcud sosial məsafə qaydalarının virusa daha çox məruz qalmamıza səbəb olduğunu ortaya çıxarıb.
Florida Universitetinin virusologiya mütəxəssisləri virusun 2 və 4,8 metr məsafələrdə aerozollar tərəfindən ötürüldüyünü müəyyən edib.
Sözügedən araşdırma nəticəsində ilk dəfə “Sars-Cov-2” nin aerozol olaraq bilinən kiçik damlalar şəklində havada canlı qaldığı məlum olub. Bu vəziyyət öskürən, asqıran və danışan daşıyıcıların yanında virusa yoluxma riskinin olduğunu göstərir.
Araştırmacılar iki metrlik fiziki məsafə kimi qorunma tədbirlərinin qapalı məkanlarda heç bir kömək etməyəcəyini və bunların saxta təhlükəsizlik hissi verərək yoluxmaya səbəb ola biləcəyini vurğulayıb.
