Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb – FOTO

Dünya

Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb.

“Time” bununla bağlı ondan müsahibə götürüb.

Sandra Andersen Eyranın sözlərinə görə, o, Rusiya Federasiyasının genişmiqyaslı işğalının başlamasından bir həftə sonra Kiyevə yollanıb və beynəlxalq legiona hərbi həkim kimi yazılıb.

Keçmiş deputat silaha sarılmağı və Ukrayna uğrunda döyüşə getməyi özünün mənəvi borcu hesab etdiyini bildirib.

“Axırıncı dəfə qitədə böyük müharibə olanda mənim ölkəmin də köməyə ehtiyacı var idi. Ona görə də bu, mənim üçün mənəvi borc idi”, – deyə Sandra Norveçin nasistlər tərəfindən işğalını xatırladıb.

O, gender fərqləri və stereotiplərin müharibədə öz mənasını itirdiyini, cəbhədə hamının ilk növbədə döyüşçü olduğunu deyib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir