Son həftələrdə Rusiya Ukraynaya müdaxilənin ilkin mərhələlərində zəif iştirakına görə bir sıra yüksək səviyyəli komandirləri işdən çıxarıb. Xüsusilə, işdən çıxarılanların arasında Xarkovu ələ keçirə bilməyən elit 1-ci Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel də var.
Bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında qeyd edilir.
Bildirilir ki, Rusiyanın Qara Dəniz Donanmasının komandiri, vitse-admiral İqor Osipov da güman ki, aprel ayında “Moskva” kreyserinin batmasından sonra işindən uzaqlaşdırılıb.
Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimova gəlincə, o, yəqin ki, vəzifəsində qalır, lakin prezident Vladimir Putinin ona etibar edib-etmədiyi bəlli deyil.
“Rusiyanın hərbi və təhlükəsizlik sistemində “sığortalanmaq” və “günah keçisi” axtarmaq mədəniyyəti yəqin ki, üstünlük təşkil edir. Rusiyanın Ukraynanın işğalında iştirak edən bir çox məmurların əməliyyat uğursuzluğuna görə, şəxsi məsuliyyətdən yayınmaq cəhdləri ilə diqqəti getdikcə daha çox yayındırılacağı ehtimal edilir”, – deyə Britaniya Müdafiə Nazirliyinin analitikləri qeyd edirlər.
Britaniya kəşfiyyatı qeyd edib ki, “bu şərtlər altında Rusiyanın təşəbbüsü geri qaytarması çətin olacaq”.
Xatırladaq ki, bəzi məlumatlara görə, Ukraynada müharibə zamanı Rusiyanın 12-yə qədər generalı öldürülüb.
Mənbə: Zn.Ua
www.RIA24.az