İranın Ermənistan sevgisi bitib-tükənmir: Birgə sənaye şəhərciyinin taleyi sual altında – FOTO

Dünya

2021-ci ilin yayında İran-Ermənistan Birgə Sənaye Şəhərciyinin salınması ilə bağlı iki ölkə arasında anlaşma əldə edilib. Razılaşmaya əsasən, bu şəhərcik daha çox kiçik və orta miqyaslı sənayenin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Anlaşmaya, habelə ikitərəfli əməkdaşlığın inkişafı, bütün maraqlı tərəflərə müvafiq ticarət imkanlarının təklif edilməsi, investisiya mühitinin yaxşılaşdırılması və tərəflər arasında daha güclü ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün icra mexanizminin yaradılması daxildir.

Qeyd edilir ki, İran və Ermənistan arasında son illərdəki ticarət əlaqələrinin həcmi 500 milyon dollar olub, bu anlaşma ilə iki ölkə arasındakı əlaqələrin həcminin 1,2 milyard dollara qədər artırıla bilər.

“Yaxın vaxtlarda sözügedən sənaye şəhərciyinin fəaliyyətə başlaması ilə bağlı İran Sənaye Şəhərcikləri Birliyinin sədri Əli Rəsulian ilə söhbətimiz oldu. O bildirdi ki, bu günədək İran-Ermənistan sənaye şəhərciyinin yaradılmasına nail olmayıblar. Səbəbi isə budur ki, görünür, bunun üçün parlamentin qərarı tələb olunur”, – İran-Ermənistan Birgə Ticarət Palatasının sədri deyib.

Qeyd edək ki, son illərdə İran hakimiyyəti ermənilərlə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi üçün dəridən-qabıqdan çıxır. İran rejimi Qarabağın işğalı dövründə olduğu kimi, indi də məğlub və iqtisadiyyatı çökmüş, siyasi sabitliyin olmadığı Ermənistanın bir dövlət kimi ayaqda qalmasını təmin etmək üçün əlindən gələni edir.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir