“SpaceX” aerokosmik şirkəti 2018-ci ildə korporativ aviaparkda şirkətin qurucusu İlon Mask tərəfindən cinsi istismara məruz qaldığını iddia edən stüardessaya 250 min dollar ödəyib.
Bu barədə “Insider” zərərçəkənin dostunun ifadəsinə və bir sıra sənədlərə istinadən xəbər verir.
2016-cı ildə İlon Mask Londona uçarkən adı açıqlanmayan stüardessanı yanına çağırıb. İddia olunur ki, iş adamı qadına qarşı bəzi seksual xarakterli hərəkətlər edib və erotik masaj qarşılığında ona at bağışlamağı təklif edib.
“SpaceX” cinsi istismar iddiasını həll etmək üçün stüardessaya pul ödəyib. Qadın pulu əmək müqaviləsinə xitam verilməsinin bir hissəsi kimi alıb.
Mask isə nəşrə verdiyi qısa şərhdə bu hekayədə hələ çox maraqlı məqamların olduğunu deyib.
“Əgər mən cinsi qısnamaya meyilli olsaydım, bu, mənim bütün 30 illik karyeram ərzində, çətin ki, ilk hadisə olardı”, – deyə Mask bildirib. O, baş verənləri informasiya tullantısı adlandırıb.
“SpaceX” bu məsələni şərh etməyib.
www.RIA24.az