Tehran yaxınlığında hərbi sursat daşıyan avtomobil yanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə paytaxt Tehranın Vəramin bölgəsində baş verib.
Böyük həcmdə silah-sursat daşıyan avtomobildə nasazlıq yarandığı üçün qəza baş verib və nəqliyyat vasitəsi alışıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin təfərrüatları açıqlanmır.
www.RIA24.az