Çimkənddə doğum evi ərazisində partlayış baş verib: Ölən var – FOTO/VİDEO

Dünya

Qazaxıstanın Çimkənd şəhərində doğum evi yaxınlığındakı aptekdə partlayış baş verib.

Bu barədə şəhər polis idarəsindən bildirilib.

Məlum olub ki, partlayış nəticəsində izotonik məhlulun istehsal olunduğu xəstəxanalararası aptekin binası dağılıb.

Yanğın artıq lokallaşdırılıb. İlkin məlumata görə, partlayışa səbəb qazın yığılması olub.

Hadisə nəticəsində nəzarətçi həyatını itirib.

Polis hadisənin təfərrüatını araşdırır.

Mənbə: “Sputnik Qazaxıstan”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir