Finlandiyanın “Gasgrid Finland” qaz nəqli şirkəti Rusiya Federasiyasından qaz tədarükünü dayandırdığını elan edib.
Bu barədə operatorun açıqlamasında bildirilir.
“İmatra” giriş məntəqəsi vasitəsilə qazın tədarükü mayın 21-də dayandırılıb. Finlandiya qaz bazarının tələb etdiyi qazın həcmi bazar iştirakçılarının verdiyi təkliflərə uyğun olaraq “Balticconnector” giriş məntəqəsi vasitəsilə Finlandiya qaz sisteminə idxal olunur”, – deyə mətndə deyilir.
Qeyd olunur ki, hazırda ölkənin qaz sistemi stabildir.
Bundan əvvəl bildirilmişdi ki, “Qazprom eksport” mayın 21-i səhər saat 07:00-dan (Bakı vaxtı ilə 08:00 – red.) Finlandiyanın “Gasum” dövlət enerji şirkəti ilə müqavilə əsasında Rusiya qazının nəqlini dayandırır. Buna səbəb Finlandiyanın aprel ayında verdiyi qazın pulunu ödəməməsi və ödənişləri rublla etməkdən imtinasıdır.
Mənbə: TASS
www.RIA24.az