Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsini və Rusiyanın işğal etdiyi əraziləri geri almasını mümkünsüz hesab etmir.
Bu barədə Podolyak özünün “Twitter” səhifəsində yazıb.
“Ekspertləri dinləsək, onda Ukrayna qışda üç dəfə donmalı, martda elektrik enerjisiz qalmalı idi, ölkənin yarısında isə Rusiya bayrağı dalğalanmalıydı. Ölkənin gələn qışdan sağ çıxmayacağı, insanların da küçədə işsiz qalacağı barədə yenə də “qorxulu nağıllar” eşitsəniz, bunu xatırlayın”, – deyə o bildirib.
Podolyakın sözlərinə görə, hər dəfə kimsə “bu, mümkün deyil” deyəndə onlar ümidsizliyə düçar olsaydılar, artıq ölkələri qalmazdı.
Якби щоразу, коли хтось каже «це неможливо», ми опускали руки, у нас би вже не було країни. Якщо чуєте «?? доведеться жертвувати територіями, бо ?? сильна» – це каже лузер, який у душі вже програв. У нас немає іншої країни, ми знаємо, за що б’ємося. Саме тому ми переможемо. (2/2)
— Михайло Подоляк (@Podolyak_M) May 21, 2022
“Əgər “Rusiya güclü olduğu üçün Ukrayna ərazilərini qurban verməli olacaq” sözlərini eşitsəniz, bilin ki, bunu artıq qəlbən uduzmuş “luzer” (uğursuz – red.) deyir. Bizim başqa ölkəmiz yoxdur, nə üçün mübarizə apardığımızı bilirik. Ona görə də qalib gələcəyik”, – deyə müşavir əlavə edib.
Qeyd edək ki, “The New York Times” nəşrində dərc olunan məqalədə Ukraynanın Rusiya ilə müharibədə qələbəsinin hazırda qeyri-real göründüyü və Ukraynanın ərazilərini itirməli ola biləcəyi yazılıb.
Mənbə: Ukrainskaya Pravda
www.RIA24.az