Putinin yaxın adamı “Azovstal”ın müdafiəçilərilə dəyişdirilə bilər

Dünya

Rusiya prezidenti Vladimir Putinin yaxın adamı sayılan ukraynalı deputat Viktor Medvedçuk “Azovstal”dan olan ukraynalı hərbi əsirlərlə dəyişdirilə bilər.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

O bildirib ki, bu istiqamətdə mümkün variantlar nəzərdən keçiriləcək və bütün imkanlar araşdırılacaq.

Qeyd edək ki, Ukraynada Medvedçuk dövlətə xəyanətdə şübhəli bilinir. O, aprelin 12-də Ukrayna Silahlı Qüvvələrinin geyimində ölkədən qaçmağa cəhd edərkən yaxalanıb.

Mənbə: unian.net

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir