İsveçin baş naziri Maqdalena Andersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra açıqlamalar verib.
Türkiyə ilə ikitərəfli əlaqələrin gücləndirilməsini səbirsizliklə gözlədiklərini ifadə edən Andersson, PKK-nın terrorçu təşkilatlar siyahısına salınmasını açıq şəkildə dəstəklədiklərini bildirib.
“İsveçin beynəlxalq terrorla mübarizəni alqışladığını vurğuladım. Bu mübarizədə PKK-nın terrorçu təşkilatlar siyahısında olmasını açıq şəkildə dəstəklədiyimi bildirdim”, -deyə hökumət başçısı SVT dövlət televiziyasının efirində bəyan edib.
O, həmçinin “Twitter” hesabında “Türkiyə prezidenti Ərdoğan ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı bugünkü görüşü yüksək qiymətləndiririk. Sülh, təhlükəsizlik və terrorla mübarizə də daxil olmaqla ikitərəfli əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik”, – yazıb.
Mənbə: “Haber Global”
www.RIA24.az