Merih Demiral ata olub – FOTO

Dünya

Türkiyə millisinin və İtaliyanın “Atalanta” klubunun oyunçusu Merih Demiral ata olub. O, sosial şəbəkə hesabından ailə şəklini paylaşıb.

“Haber Global”ın məlumatına görə, görüntülər idmançının azarkeşləri üçün sürpriz olub. Belə ki, isveçrəli model Heidi Luştaku ilə həyatını səssiz-sədasız birləşdirən Merih artıq 1 aydır ki, ata olduğunu açıqlayıb.

Qeyd edək ki, Merih bu mövsüm 41 rəsmi oyunda 2 qol və 3 məhsuldar ötürmə edib. Ulduz müdafiəçinin hazırkı bazar dəyəri 30 milyon avrodur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir