Britaniya kral ailəsi Ukraynadakı müharibədən zərər çəkənlərə kömək etmək qərarına gəlib və evlərinin qapısını açıb.
Məlumata görə, bəzi ailə üzvləri artıq ukraynalıları qonaq edib, lakin təhlükəsizlik baxımından bu, gizli saxlanılır.
Bildirilir ki, dumanlı albion sakinləri müharibədən qaçan ukraynalılara ölkədə normal yaşamaq və özlərini rahat hiss etmək üçün yardım edir. Bununla bağlı 150 mindən çox yerli sakin “Ukrayna üçün evlər” proqramında iştirak edərək, qaşqınları öz yaşayış yerlərində yerləşdirib.
Qeyd edək ki, hazırda Britaniyada 54 minə yaxın ukraynalı qaçqın var.
www.RIA24.az