Vahid Ələkbərov: “Neft embarqosu hamı üçün şok və bütün tərəflər üçün ən mənfi ssenari olacaq”

Dünya

Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərov Avropa İttifaqının neft tədarükünə embarqo tətbiq etmək qərarının mümkün nəticələrini şərh edib.

O bildirib ki, əgər bu baş verərsə, nəinki yaxın, heç orta müddətli perspektivdə də Rusiya neftini əvəz etmək mümkün olmayacaq.

İş adamı hesab edir ki, embarqo olarsa, Rusiya 2020-ci ildə pandemiyanın başlanğıcında olduğu kimi hasilatı azaltmalı, quyuları dondurmalı olacaq. Belə ki, bütün Avropa üçün nəzərdə tutulmuş həcmi bir gecədə başqa bazarlara yönləndirmək mümkün olmayacaq.

Ələkbərovun sözlərinə görə, Rusiya neftinə embarqo hamı üçün şok və bütün tərəflər üçün ən mənfi ssenari olacaq.

Mənbə: “Financial Times”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir