Tacikistanda etirazların təşkilatçısı öldürüldü

Dünya

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərindəki etirazların təşkilində günahlandırılan Məmədbokir Məmədbokirov öldürülüb.

Bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Onun mütəşəkkil cinayətkar qruplaşmanın lideri olduğu bildirilib.

“Məmmədbokirov daxili kriminal çəkişmələr nəticəsində öldürülüb”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, sözügedən şəxs Xoroqda iğtişaşların təşkilində, hökumət əleyhinə mitinqlərdə və Tacikistanı Çinlə birləşdirən Xoroq-Kulma beynəlxalq magistral yolunu bağlamaqda ittiham olunub.

Mənbə: “RİA Novosti”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir