Leysan yağışlar Mariupolda meyit zəhərini yayır: Epidemiya təhlükəsi artır – FOTO/VİDEO

Dünya

Mariupolda yağan leysan yağışlar şəhəri Venesiyaya çevirib. Buna səbəb drenajların və kanalizasiyaların tullantılarla tıxanmasıdır.

Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, hazırda yağış suları zibillə, onun çürüməsinin nəticələri və meyit zəhəri ilə birlikdə bütün şəhərə yayılır.

“Hər ildırımla epidemiya təhlükəsi reallığa çevrilir. Eyni zamanda, işğalçılar sanitar vəziyyətə etinasızlıqla yanaşmağa davam edir və yalnız uydurma “həyat yaxşılaşır”la “gözəl fotolar” yaratmaqla məşğuldurlar. Mariupolun həqiqətən də yeni evakuasiya dalğasına ehtiyacı var. Mariupolun gettoya çevrilməsinin nəticələri fəlakətli olacaq”, – deyə Andryuşşenko vurğulayıb.

Qeyd edək ki, Mariupol martın əvvəlində Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb. Şəhərdə evlərin 95%-i dağılıb və ya zədələnib, minlərlə insan həyatını itirib. Buna baxmayaraq, Rusiya ordusu öz televiziyaları üçün yaxşı mənzərə yaratmağa çalışaraq, suyun kranlara axmasına icazə veriblər. Nəticədə küçələrdə nəhəng gölməçələr, evlərdə isə əsl fəvvarələr peyda olub. Su həyətlərdəki qəbirləri dağıdır, dağılmış binaların zibil və tullantılarını yuyub aparır. Vəziyyət hər gün daha da pisləşir.

Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisovanın sözlərinə görə, bütün bunları nəzərə alsaq, şəhər infeksiya fəlakəti təhlükəsi ilə üz-üzədir.

Mənbə: Kp.ua

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir