ABŞ-ın Kolorado ştatında təkmühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər həlak olub.
Bu barədə yerli yanğınsöndürmə idarəsindən bildirilib.
Məlumata görə, qəza nəticəsində yaxınlıqdakı tikililərə zərər dəyməyib, başqa xəsarət alan yoxdur.
Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.
Qeyd edilir ki, bu, son iki həftədə qurbanlarla nəticələnən ikinci təyyarə qəzasıdır.




Mənbə: Fox 31
www.RIA24.az