“Mayın 17-də işğalçıların Çerniqov vilayətinin Desna kəndinə endirdikləri aviazərbələr nəticəsində 87 nəfər həlak olub. Zərbə yerində dağıntıların altında qalanların çıxarılması yalnız bu gün başa çatıb”.
Bunu Prezident Volodimir Zelenski Dünya İqtisadi Forumu zamanı deyib.
Çıxışı zamanı prezidentə bir sıra suallar verilib. Ukraynanın gələcəyini necə gördüyü ilə bağlı suala cavab verərkən Zelenski Desnanı xatırlayıb.
“Bu gün biz Desna üzərində işi başa çatdırdıq. Təəssüf ki, statistika belədir: bu gün Desnada dağıntılar altında 87 qurban var. 87 meyit, qurbanlar, həlak olanlar – Ukraynanın gələcəyi artıq bu insanlarsız olacaq”, – deyə o qeyd edib.
Zelenski vurğulayıb ki, müharibə şəraitində olan bir ölkənin prezidenti kimi, o, Ukraynanın bu günü və hər gün nə qədər insanın öldüyü barədə düşünür.
Mənbə: Unian.net
www.RIA24.az