İstanbulun Fatih Beyazıt rayonunda iki düşmən qrup arasında silahlı qarşıdurma baş verib. Hadisəyə polis qrupları müdaxilə ediblər.
Əldə edilən məlumata görə, hadisə saat 10:00 radələrində Çadırcılar prospektində, Fatih Beyazıt Kapalıçarşısının (örtülü bazar – red.) girişində baş verib.
Bir-birinə düşmənçilik edən iki mağaza sahibi arasında silahlı qarşıdurma yaranıb. Hadisə yerinə sövq edilən polis qrupları hadisəyə müdaxilə ediblər.
İnsident nəticəsində biri polis əməkdaşı olmaqla altı nəfər yaralanıb. Sağlamlıq qrupları yaralılara müdaxilə ediblər və yaralılar xəstəxanaya aparılıblar. Polis qrupları isə bölgədə geniş təhlükəsizlik tədbirləri alıblar.
Hadisə şahidlərindən biri hadisəni şərh edib: “Dükanı açırdıq. Birdən səslər gəlməyə başladı. Ola bilsin, 100 silahdan atəş açıldı. Bir yükdaşıyanın vurulduğunu gördük. Onu təcili taksi ilə apardılar”.
Xəstəxanaya aparılan yaralı polisin həyati təhlükəsinin olmadığı, digər iki nəfərin isə vəziyyətlərinin ağır olduğu öyrənilib. Davada əli olduğu müəyyən edilən 23 nəfər də saxlanılıb. Şübhəlilər nəzarətə götürülüblər.
Mənbə: İHA
www.RIA24.az