Polşa hakimiyyəti 2022-ci ilin sonunda müddətinin başa çatmasını gözləmədən Rusiya qazının tədarükü ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv edib. Bu barədə strateji enerji infrastrukturu üzrə səlahiyyətli hökumətin sözçüsü Pyotr Naimskinin məlumat verib.
Müqaviləyə əsasən, dövlət Rusiyadan ildə 10 milyon kubmetrədək qaz idxal edə bilər. “Mayın 13-də Mateuş Moravetski hökuməti Polşa hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 1993-cü ildə imzalanmış “Yamal” adlanan razılaşmanın pozulması barədə qərar qəbul edib. 30 ildən sonra demək olar ki, Polşa ilə Rusiya arasında qaz əlaqələri kəsilir”, – deyə Naimski vurğulayıb.
İndi “Qazprom” Polşaya yanacaq ixrac etmir: Polşa tərəfi digər məsələlərlə yanaşı “Qazprombank”da rubl hesabının açılmasını nəzərdə tutan yeni hesablaşma sxeminə keçməkdən də imtina edib.
Mənbə: RİA Novosti
www.RIA24.az