Nyu-Yorkda naməlum şəxs metroda kişini güllələyib

Dünya

Nyu-Yorkda naməlum şəxs metro vaqonunda atəş açıb və bir nəfəri öldürüb.

Şübhəli şəxs “hər-hansı təşviq olmadan” tapança çıxarıb və qatar Manhetten körpüsünü keçərkən qurbanı yaxın məsafədən vurub.

Yerli polisin şahid ifadələrinə əsaslanaraq verdiyi məlumata görə, qatar “Kanal-strit” stansiyasına çatanda cinayətkar sakitcə vaqondan düşüb və gözdən itib. Xəsarət alan 48 yaşlı kişi təcili xəstəxanaya yerləşdirilib. Lakin güllə yarası ölümcül olub və kişini xilas etmək mümkün olmayıb.

Mənbə: Life.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir