Pandemiya dövründə dünyada ömür uzunluğu iki il azalıb.
Bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.
Onun təqdimatına görə, pandemiya zamanı dünyada ömür uzunluğu 1950-ci ildən bəri ilk dəfə 72,5 yaşdan 71 yaşa düşüb.
“Mayın 20-də ÜST ölüm göstəricisinin hesablanmasına dair yeni hesabatını açıqladı, hansı ki, bizim dünyada ömrün iki ilini itirdiyimizi açıq-aydın göstərir”, – deyə o, “Sağlamlıq yaşı. Aktiv uzunömürlülük” IV Beynəlxalq Konqresdə deyib.
Mənbə: RİA Novosti
www.RIA24.az