Cənubi Koreya Şimali Koreyanın sınaqlarına cavab olaraq iki raket buraxıb

Dünya

Cənubi Koreya hərbçiləri amerikalı həmkarları ilə birlikdə çərşənbə günü Şimali Koreyanın növbəti raket sınağına cavab olaraq iki raket buraxıb.

Bu barədə Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.

Bildirilir ki, buraxılan raketlərdən biri Cənubi Koreyanın “Hyeonmu-2”, ikincisi isə Amerikanın ATACMS taktiki raket sisteminin raketi olub. Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, bu, KXDR tərəfindən “sonrakı təxribatların” qarşısını almaq üçün ABŞ və Cənubi Koreyanın birləşmiş silahlı qüvvələrinin “hücum qabiliyyətinin” nümayişi hesab oluna bilər. Raket atışlarının dəqiq başlama vaxtı barədə məlumat verilmir.

Eyni zamanda Cənubi Koreya prezidenti ABŞ-la əməkdaşlıq çərçivəsində Şimali Koreyanın raket atışlarına cavab olaraq müdafiəni gücləndirməyi əmr edib, həmçinin Pxenyana qarşı beynəlxalq sanksiyaların həyata keçirilməsinə çağırıb.

Xatırladaq ki, mayın 25-də səhər saatlarında KXDR Yaponiya dənizinə doğru üç ballistik raket atıb, onların hamısı yerli vaxtla təxminən 6.00, 6.37 və 6.42 radələrində Sunan bölgəsindən həyata keçirilib.

Mənbə: RİA Novosti

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir