Azərbaycan hərbi pilotları Türkiyədəki təlimlərdə – FOTO

Dünya

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı-2022” (“Anatolian Phoenix-2022”) beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

“Report”un Türkiyə bürosu xəbər verir ki, manevrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 “Mi-17-1V” çoxtəyinatlı helikopterləri də iştirak edir.

Təlimlərin əsas məqsədi xilasetmə və havadan yardım hərəkətinə nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir