Ukrayna MN sözçüsü: “Rusiya bombardmançı təyyarələri Xəzər dənizi üzərində təlim uçuşları həyata keçiriblər”

Dünya

Rusiya ordusuna məxsus bombardmançı təyyarələr Azov və Xəzər dənizləri üzərində təlimlər icra edib, qanadlı raketlərin şərti buraxılışını həyata keçiriblər.

Bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik çıxış edib.

A.Motuzyanik bildirib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, Rusiyanın “Tu-22M3”, “Tu-95”, “Tu 160” uzaqmənzilli bombardmançı təyyarələrinin ekipajları Azov və Xəzər dənizləri əraziləri üzərindəki hava məkanında, eləcə də Rusiya Federasiyasının hava məkanında təlimlər icra edib və qanadlı raketlərin şərti buraxılışını həyata keçiriblər.

Mənbə: Unian

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir