Aktrisa Rita Moreno (“Mələyin toxunuşu”) “Forsaj-10” filminin heyətinə qatılıb.
Süjetə əsasən, sənətçi baş qəhrəman Dominik Torettonun nənəsini (Vin Dizel) canlandıracaq. “Mən həmişə Rita Moreno ilə işləmək arzusunda olmuşam və onun burada nənəmi oynaması mənim ruhuma təbəssüm bəxş edir”, – deyə Dizel fikrini bildirib.
Qarşıdan gələn filmin istehsalında daha əvvəl baş verən dəyişikliklərə görə, Justin Lin çəkilişlər başlayandan cəmi 10 gün sonra postunu tərk etmiş və filmin rejissoru vəzifəsinə Louis Leterye keçmişdi.
Sonradan bildirildi ki, Lin Vin Dizel ilə münasibətləri gərginləşdiyi üçün vəzifəsindən getməyə qərar verib. İnsayderlərin dediyinə görə, həmkarlar arasında münaqişə aktyorun çəkilişlərə çox gecikməsi, rolun mətnini öyrənməməsi və həm də pərişan halda gəlməsi səbəbindən baş verib.
Rejissor Linin layihəni tərk etməsi ilə bağlı “Forsaj-10” filminin çəkilişlərinin bir hissəsinin dayandırılması “Universal Studios”a gündəlik 600 min dollardan 1 milyon dollara qədər başa gəlib.
Mənbə: Gazeta.ru
www.RIA24.az