Seneqalın Tivauan şəhərində xəstəxanada baş verən yanğında azı 11 yeni doğulmuş körpə həlak olub.
Bu barədə ölkə prezidenti Makki Sal “Twitter” səhifəsində məlumat verib.
“Tivauandakı xəstəxananın neonatologiya şöbəsində baş verən yanğında 11 yeni doğulmuş körpənin öldüyünü indicə ağrı və dəhşətlə öyrəndim”, – deyə o yazıb.
Dövlət başçısı həlak olan uşaqların ailələrinə başsağlığı verib.
Şəhər meriyası məlumat verib ki, üç uşaq xilas edilib. Yanğına qısaqapanma səbəb olub.
Mənbə: TASS
www.RIA24.az