Rusiya hərbçiləri Luqanskda humanitar yardım mərkəzini atəşə tutublar: Ölənlər var – FOTO/VİDEO

Dünya

Luqansk vilayətində humanitar yardım mərkəzi də daxil olmaqla bir neçə müəssisə atəşə tutulub, qurbanlar var.

Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu Lisiçansk və Ustinovkanı uzunmüddətli artilleriya zərbəsinə tutub. Luqansk vilayətinə ərzaq aparan könüllülərin maşını zədələnib, humanitar yardım mərkəzinə, Severodonetskdə “İmpuls” müəssisəsinə, həmçinin bir sıra yaşayış binalarına mərmi düşüb. Hücumlar zamanı azı üç yerli sakin həlak olub.

Mənbə: Gazeta.ua

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir