Mövlud Çavuşoğlu: “İsraillə dialoqa girməyə hazırıq”

Dünya

Türkiyə İsraillə dialoqa girməyə hazırdır.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə tarixi səfəri barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, həmçinin İsrailin xarici işlər naziri Yair Lapidin Türkiyəyə səfəri zamanı iki ölkənin səfirlərinin qarşılıqlı təyinatı məsələsinin müzakirə ediləcəyini vurğulayıb. Çavuşoğlu Lapidin ən qısa zamanda Türkiyəyə gələcəyini, lakin tarixin hələ müəyyənləşdirilmədiyini deyib.

Qeyd edək ki, mayın 25-də Türkiyə XİN başçısı İsrailə səfər edib. Çavuşoğlu Lapidlə təkbətək və geniştərkibli görüş keçirib. İsrailli nazir türkiyəli həmkarının son 15 ildə ilk dəfə İsrailə etdiyi bu səfərdən sonra təkcə diplomatik və təhlükəsizlik əlaqələrində deyil, həm də iqtisadi əlaqələrdə irəliləyiş görəcəyinə ümid ifadə edib.

Mənbə: NTV

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir