Meksikanın San-Luis Potosi şəhərinin ərazisində miqrantları daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində altı sərnişin ölüb, 15-i yaralanıb.
Qeyd olunur ki, həlak olanlardan dördü qadın, ikisi kişidir.
Avtobusda olan şəxslərin Honduras, Salvador və Kuba vətəndaşları olduğu açıqlanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: Anadolu
  www.RIA24.az
www.RIA24.az


 
			 
						 
						