ABŞ Rusiya gəmisi ilə daşınan İran neftini müsadirə etdi

Dünya

ABŞ Yunanıstan yaxınlığında Rusiyaya məxsus gəmidə daşınan İrana məxsus nefti müsadirə edib.

Yunanıstanın gəmiçilik nazirliyindəki mənbədən bildirib ki, Yunanıstan tərəfinə gəmidəki yükün İran nefti olması barədə məlumatı ABŞ Ədliyyə Nazirliyi ötürüb.

Bildirilir ki, müsadirə olunan neft yük gəmisi ilə ABŞ-a göndəriləcək.

Xatırladaq ki, ötən ay Yunanıstan sularında Avropa İttifaqının sanksiyalarının tətbiqi ilə əlaqədar Rusiyanın “Pegas” tankeri saxlanılmışdı.

Mənbə: Reuters

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir