İsrail öz vətəndaşlarına xəbərdarlıq edib: Siyahıda Azərbaycan da var

Dünya

İsrail hökuməti İranın regionun bəzi ölkələrində İsrail vətəndaşlarına qarşı hücum təşkil edə biləcəyini istisna etmir.

Mənbə iddia edir ki, gözlənilən təhlükə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Həsən Sayad Xodainin öldürülməsi və İsrailin bu işdə iştirakı ilə bağlı mediaya sızdırılan məlumatla bağlıdır.

Qeyd olunur ki, müvafiq məlumatı “The New York Times” ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yayıb.

Əldə edilən məlumatdan sonra İsrail hökumətinin yüksək vəzifəli rəsmiləri və güc strukturları məsləhətləşmələr keçirib və təhlükənin səviyyəsini müzakirə ediblər.

Gözlənilir ki, yaxın vaxtlarda İsrail hökuməti İranla həmsərhəd ölkələrə səyahət edən vətəndaşlarına müəyyən təlimatlar verəcək. Lakin hələlik gözlənilən təhlükə ilə bağlı rəsmi xəbərdarlıq etmək planlaşdırılmır.

Ehtimal olunur ki, risk zonasına Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Azərbaycan və çox güman ki, Türkiyə də daxil olacaq.

Məlumat üçün qeyd edək ki, mayın 22-də İranın paytaxtı Tehranda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Həsən Sayad Xodai naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalaraq qətlə yetirilib.

İran tərəfi Həsən Sayad Xodainin ölümünə görə İsraili ittiham edib və polkovnikin qisasının alınacağını bəyan edib.

Mənbə: The Times of Israel

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir