ABŞ gələn həftə Ukraynaya yeni hərbi yardım paketini elan etməyi planlaşdırır.
Bu barədə CNN ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya müasir uzaqmənzilli raket sistemləri göndərməyə hazırlaşır. Administrasiya bu sistemləri Ukraynaya gələn həftə elan ediləcək genişləndirilmiş hərbi yardım paketinə daxil etməyi planlaşdırır.
www.RIA24.az