Fransadakı Azərbaycan diaspor təşkilatı Afrika ölkəsində “Şuşa” bulağı açdı – FOTO

Dünya

Fransanın Tuluza şəhərində fəaliyyət göstərən “Azərbaycan İcması Birliyi”nin təşəbbüsü və icma üzvlərinin maliyyə vəsaiti ilə “Şuşa İli” çərçivəsində su və ərzaq çatışmazlığından əziyyət çəkən Afrikanın Benin Respublikasının Kotonu şəhərində xeyriyyə aksiyası təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi ilə koordinasiyalı şəkildə Benin Respublikasının ən iri şəhəri olan Kotonuda həyata keçirilən aksiya zamanı su quyusunun açılışı olub və aztəminatlı ailələrə ərzaq paylanılıb. Mərasim zamanı “Şuşa qəhrəmanlarının əziz xatirəsinə həsr olunur” sözlərinin, Şuşa qalasının və xarıbülbül rəmzinin təsvirinin əks olunduğu poster nümayiş etdirilib.  

Qeyd edək ki, Fransa Respublikasında rəsmi qeydiyyatdan keçən “Azərbaycan İcması Birliyi” Tuluza şəhərindəki soydaşlarımızın bir araya gəlməsi, Vətənə bağlılığı, milli-mədəni dəyərlərimizin təbliği, Azərbaycan həqiqətlərinin, postmüharibə dövründə ölkəmizlə bağlı yaranmış yeni reallıqların yerli ictimaiyyətə çatdırılması istiqamətində tədbir və layihələr gerçəkləşdirir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir