İstanbulda təhlükəsizlik zolağında qəza: 11 yaralı – FOTO

Dünya

İstanbulun Ümraniye rayonunda fəhlələri daşıyan maşın təhlükəsizlik zolağında dayanan yük maşınına çırpılıb.

Şile şosesinin Ümraniye mövqeyində, Çekmeköy istiqamətində fəhlələri daşıyan mikroavtobusda nasazlıq yaranıb və o, təhlükəsizlik zolağında saxlanılan yük maşınına çırpılıb.

İlkin məlumatlara görə, qəzada ikisi ağır olmaqla 11 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir