Qırğızıstanda Rusiyanın “Rossiya 24”, “Rossiya Kultura” və “Zvezda” telekanallarının yayımı müvəqqəti olaraq dayandırılıb.
Bu barədə istifadəçilərə yerli “Aknet” televiziya provayderi məlumat verib.
Buna səbəb kimi provayder “bir sıra ölkələrdə ümumrusiya telekanallarının yayımına qanunvericilik məhdudiyyətlərinin” tətbiq edilməsini göstərib. Buna görə də telekanalların yayımı birtərəfli qaydada beynəlxalq peyklərdə bloklanıb.
Provayder yayımın müvəqqəti olaraq kəsildiyini və ehtiyat kanalın təşkili üzrə işlər başa çatan kimi bərpa ediləcəyini vurğulayıb.
Öz növbəsində, Türkmənistanın ən böyük operatoru olan “Aşxabadskaya qorodskaya telefonnaya set” (Aşqabad Şəhər Telefon Şəbəkəsi) ölkədə “Rossiya 1” və “Zvezda”nın bağlandığını bildirib. Operator həmçinin yaxın vaxtlarda ehtiyat yayım təşkil edəcəyinə söz verib.
Mənbə: Meduza
www.RIA24.az