Ukraynada yaşayan azərbaycanlı könüllü Şamxal Quliyev yeni humanitar aksiyaya start verib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, o bu dəfə ölkənin şimal-şərq və şərqində, Belarus və Rusiya ilə sərhəd zolağında yerləşən, daim atəş altında olan və bir çox humanitar fondların daxil olmaqda çətinlik çəkdiyi kəndlərə humanitar yardım çatdırmağa başlayıb.
Əsasən qida, uşaqlar üçün məhsullar və dərman avadanlıqları olan yardım yüklərini həmyerlimiz Çerniqov vilayətindən çatdırır. Vilayətin Rusiya və Belarus ilə sərhədində yerləşən və daim atışma altında olan kəndlərə yardım çatdıran Ş.Quliyev Donetsk vilayəti və Xarkov vilayəti üzrə təmas xəttində yaşayan sakinlər üçün aksiyanı davam etdirir.







www.RIA24.az