Rusiyalı deputat Putindən müharibəni dayandırmağı tələb etdi: Qarışıqlıq düşdü – VİDEO

Dünya

Rusiyanın Primorsk diyarının Qanunvericilik Məclisinin bir qrup deputatı Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılması tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Rusiyanın Kommunist Partiyasından olan dörd deputatın müraciətini regional parlamentin iclasında deputat Leonid Vasyukeviç səsləndirib.

İclasın moderatoru deputata mane olmağa çalışsa da, Leonid Vasyukeviç tələbini səsləndirə bilib.

L.Vasyukeviçin sözlərinə görə, region hökuməti Ukraynada həyatını itirən və yaralanan hərbçilərin ailələrinə dəstək üçün bir sıra tədbirlər həyata keçirib:

“Bununla belə, Rusiya ordusu əhəmiyyətli itkilər fonunda hərbi uğur qazana bilməyəcək. Biz başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, ölkəmizdə yetim qalan uşaqların sayı daha da çox olacaq. Hərbi əməliyyatlar zamanı ölkəmizə böyük fayda verə biləcək gənclər əlil olur, ölürlər”.

Mənbə: Nexta Live

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir