Yeni Zelandiyada koronavirusa qarşı ikinci buster doza tövsiyə edildi

Dünya

Yeni Zelandiya səlahiyyətliləri xəstəliyə yoluxma və onu ciddi şəkildə keçirmə riski artan hər kəsə koronavirusa qarşı dördüncü peyvəndi tövsiyə edirlər.

Bu barədə hökumətin saytında məlumat qeyd olunub.

2022-ci il iyulun 1-dən etibarən ikinci buster dozanın vurulmasına başlanacaq.

Bildirilir ki, “ikinci buster peyvəndlə immunlaşdırma ən həssas kateqoriyalı vətəndaşlar üçün son dərəcə vacibdir və soyuqdəymələrin mövsümi pik dövrü bitənə qədər aparılmalıdır”.

İkinci buster doza birincidən altı aydan gec olmayaraq vurulmalıdır. Koronavirusa yoluxub sağalanlar üç ay sonra peyvənd edilməlidirlər.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir