“Baş nazir Əli Əsədovla həmsədrlik etdiyim Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyası ilə ticarətdən nəqliyyata, enerjidən sənayeyə qədər 15 milyard dollarlıq hədəfə doğru addımlar atılır. Bir çox sahələri əhatə edən fəaliyyət planları həyata keçiririk. Bu il 10-cu toplantımızı keçirəcəyik”.
“Report” xəbər verir ki, bunları Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.
Fuad Oktay vurğulayıb ki, Türkiyə Prezidenti məhz Müstəqillik Günündə Azərbaycana səfər edəcək:
“Texnologiya məşəli ilk dəfə Anadoludan xaricdə alovlandı və festival Azərbaycanda başladı”.
“Azərbaycan bizim üçün daim can Azərbaycandır. 100 il öncə necə idisə, bu gün də eyni şəkildə könül birliyi içindəyik”, – Fuad Oktay əlavə edib.
www.RIA24.az