Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Kiyev şəhərindən son məlumatları çatdırıb.
O bildirib ki, iki gündür ki, Kiyevdə həyəcan siqnallarının ardı-arası kəsilmir.
“Nəticə etibarı ilə heç bir partlayış və hücum müşahidə edilməsə də, son iki gündə gecələr hər iki saatdan bir, gündüzlər isə üç-dörd dəfə həyəcan siqnalı səsləndirilir”.
M.Aslanov qeyd edib ki, Liman rayonunda itkin düşən azərbaycanlı Ağayevlər ailəsinin üzvlərinin meyitləri tapılıb:
“Ehtimal olunur ki, onlar təhlükəsizlik məqsədi ilə ərazini tərk edəndə minaya düşüblər”.
Daha ətraflı süjetdə:
www.RIA24.az