Ərdoğan Putinlə danışdı

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, görüş zamanı regional məsələlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi, həmçinin ikitərəfli münasibətlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının tezliklə bərpası ilə müharibənin mənfi təsirlərini minimuma endirəcək və etimadı artıracaq addımlara ehtiyac olduğunu bildirib.

Dövlət başçısı Türkiyənin, hər iki tərəf prinsipcə razılaşarsa, İstanbulda Rusiya, Ukrayna və BMT üçtərəfli görüşünün təşkilinə və mümkün müşahidə mexanizmində rol oynamağa hazır olduğunu ifadə edib.

Terror təşkilatı PKK/YPG-nin Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumlarının davam etdiyinə diqqət çəkən prezident Ərdoğan, 2011-ci ildə imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr dərinlikdə terrordan təmizlənmiş zonanın yaradılmasının indiyədək mümkün olmadığını və bu ərazilərin təhlükəsiz hala gətirilməsinin bir zərurət olduğunu söyləyib.

Mənbə: “Haber Global”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir