Ukraynada fransız jurnalist qətlə yetirilib – FOTO

Dünya

Ukraynanın Luqansk vilayətində, Severodonetsk şəhəri ətrafında Rusiya ordusunun bölmələri təxliyə avtobusunu atəş tutublar, nəticədə fransız jurnalist həlak olub.

Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday öz “Telegram” kanalında məlumat verib.

O qeyd edib ki, zirehli təxliyə maşını 10 nəfəri götürmək məqsədi ilə hərbi əməliyyatların getdiyi əraziyə yollanıb və düşmənin atəşi altına düşüb.

“Mərmi qəlpələri zirehli avtomobili deşərək təxliyə haqqında reportaj hazırlayan akkreditə olunmuş fransız jurnalisti boyun nahiyəsindən ölümcül yaralayıb”, – hərbi administrasiyanın rəhbəri vurğulayıb.

İnsident nəticəsində təxliyə rəsmi olaraq dayandırılıb.

“Severodonetsk yaxınlığında dünyasını dəyişən fransız jurnalistin adı Frederik Leklerdir. O, BFM TV kanalında işləyib”, – Sergey Qayday vurğulayıb.

Xatırladaq ki, hazırda Ukraynanın Severodonetsk şəhəri uğrunda şiddətli döyüşlər davam edir.

Mənbə: Unian

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir