Estoniyanın baş naziri Kaya Kallas neft embarqosunu Rusiya hərbi maşınının məhv edilməsində mühüm addım hesab edir, lakin Kremlin tam təcrid olunması istiqamətində əlavə addımlar atmağa çağırır.
“Dünən gecə biz nəhayət Aİ-nin altıncı sanksiya paketi, o cümlədən Rusiya neftinin idxalına qadağa qoyulması barədə razılığa gəldik. Bu, Putinin döyüş maşınının məhv edilməsi istiqamətində mühüm addımdır.
Lakin biz bu nöqtədə dayanmayacağıq. Rusiyanın Ukraynaya qarşı müharibəsi və cinayətləri dayanmadıqca biz Kremli təcrid etməyə davam etməliyik”, – deyə Kallas “Twitter” hesabında qeyd edib.
Last night we finally agreed on 6th package of EU sanctions – including a ban on Russian oil imports. An important step to further cripple Putin’s war machine.
We won’t stop here. As Russia’s war and crimes against #Ukraine rage on, we must continue isolating the Kremlin #EUCO pic.twitter.com/1khLqts4Ji
— Kaja Kallas (@kajakallas) May 31, 2022
Mənbə: Yevropeyskaya pravda
www.RIA24.az