ATƏT missiyasının üzvü Donbasda əsirlikdən azad edilib – FOTO

Dünya

Rusiyalı hərbçilər tərəfindən əsir götürülən ATƏT-in Donbasdakı Xüsusi Monitorinq Missiyasının (XMM) dörd əməkdaşından biri əsirlikdən azad edilib.

Bunu ATƏT-in baş katibi Helqa Şmid deyib.

“Mən hələ də Donetsk və Luqanskda olan daha üç həmkarımın azad edilməsinə çağırıram və onların dərhal ailələrinə qaytarılması üçün yorulmadan çalışmağa davam edəcəm”, – deyə Şmid öz “Twitter” hesabında bildirib.

O, ATƏT-in XMM əməkdaşının məhz nə vaxt azadlığa buraxıldığını açıqlamayıb.

Mənbə: Yevropeyskaya pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir